ATƏT-in Baş katibi Feridun Sinirlioğlu və ATƏT-in fəaliyyətdə olsan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonen Minsk qrupunun ləğv edilməsi haqqında Nazirlər Şurasının qərarını alqışlayıb.
"Unikal" xəbər verir ki, bu barədə ATƏT-in saytında məlumat dərc olunub.
“Bu diplomatiyanın nəyə nail ola biləcəyini bizim diqqətimizə çatdıran tarixi bir irəliləyişdir. Hətta, onilliklərlə davam edən münaqiş və etimadsızlığa baxmayaraq. Bu onu göstərir ki, tərəflər arasında ortaq zəmin tapmaq üçün lazımi qətiyyət olarsa, razılığa gəlmək mümkündür”, - Baş katibi Feridun Sinirlioğlu vurğulayıb.