Göyçayda zəncirvari yol qəzası baş verib, yaralananlar var.
"Unikal"ın məlumatına görə, "Mercedes", "Ford" və "Qaz-53" markalı avtomobillərin toqquşması zamanı 2 nəfər müxtəlif bədən xəsarətləri alıb.
Xəsarət alan Göyçay rayon sakini, "Mercedes"in 1999-cu il təvəllüdlü sürücüsü İsmayıl Abışov və "Ford"da olan 1994-cü il təvəllüdlü İsmayıllı rayon sakini, sərnişin Hikmət Kərimov xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Ehtiram Muradov