Xaçmazda 17 yaşlı velosipedçini avtomobil vurub.

"Unikal"ın Şimal bürosunun məlumatına görə, Gəndob-Yalama avtomobil yolunun Xaçmaz rayonunun Canaxır kəndi ərazisindən keçən hissəsində velosipedçinin vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Belə ki, “Mercedes” markalı nəqliyyat vasitəsi velosiped ilə hərəkətdə olan kənd sakini 2008-ci il təvəllüdlü Nəriman Hüseynovu vurub.

 Xəsarət alan yeniyetmə Xaçmaz rayon Mərkəzi Xəstəxanasına aparılıb. 

Hadisə ilə bağlı araşdırma aparılır. 

Asiman Qaraca