Çexiyanın keçmiş baş naziri Andrey Babiş rəhbərlik etdiyi müxalif ANO siyasi hərəkatının seçki mitinqində hücuma məruz qalıb.
"Unikal" xəbər verir ki, bu barədə partiyanın mətbuat katibi Martin Vodiçka məlumat yayıb.
Məlumata görə, kimsə Babişin başına arxadan metal əşya ilə zərbə endirib. Bundan sonra siyasətçi xəstəxanaya yerləşdirilib və orada ona tibbi yardım göstərilib. Onun vəziyyəti ilə bağlı başqa təfərrüatlar açıqlamayıb.