Avropa ölkələri səhiyyə sistemlərini pandemiyalar üçün olduğu kimi isti dalğalara da hazırlamalıdırlar.
"Unikal" xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional direktoru Hans Klyuge deyib.
"Xəstəxana hazırlığına pandemiyaya hazırlıq qədər ciddi yanaşılmalıdır: həddindən artıq qızmış palatalar, həddindən artıq yüklənmiş işçi heyəti və sıradan çıxan soyutma və informasiya sistemləri 21-ci əsr Avropa yayı şəraitində qəbuledilməzdir. Bu yayın dərsləri konkret və praktikdir. Erkən xəbərdarlıq sistemləri yalnız əhali üçün tövsiyələr deyil, həm də qətiyyətli ictimai səhiyyə tədbirləri ilə avtomatik olaraq izlənildikdə həyatları xilas edir", - deyə Klyuge bildirib.
O, ən həssas vətəndaşların müayinəsi, ictimai yerlərin soyudulması və açıq havada işləyənlər üçün iş qrafiklərinin tənzimlənməsi kimi tədbirləri misal gətirib.























.jpg)

.jpg)
.jpg)





















