Çexiyada beş hərbçini daşıyan UH-1Y Venom hərbi helikopteri qəzaya uğrayıb.

"Unikal" xəbər verir ki, bu barədə iDNES portalı ölkə ordusuna istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, təyyarə qəzası Nameşt nad Oslavu şəhəri yaxınlığında baş verib. Qəza nəticəsində bir nəfər ölüb. Hazırda qurbanların dəqiq sayı müəyyən edilir.

İnteqrasiya olunmuş xilasetmə sistemi bölmələri hadisə yerində işləyir. Ordu vəziyyət imkan verən kimi əlavə məlumatın açıqlanacağını bildirib.