Bakıda faciəli hadisə baş verib.

"Unikal" Lent.az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsindəki “Akkord” yaşayış kompleksində qeydə alınıb. 

Qəsəbə sakini, 2004-cü il təvəllüdlü Qəmbər Heydər oğlu İbrahimov 8-ci mərtəbədən yıxılaraq ölüb. 

Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.