"Kurtlar Vadisi", "Ezel", "Yaprak Dökümü", "Aşk-ı Memnu", "Avrupa Yakası", "Muhteşem Yüzyıl" və b. Türk televiziya seriallarının tarixində iz buraxan istehsallar 2026-cı ildə belə dəfələrlə izlənilir.
"Unikal" xəbər verir ki, yeni serialların və filmlərin sayı hər gün artsa da, bir çox insan hələ də dəfələrlə izlədiyi seriallara qayıtmağı üstün tutur. Bəzi insanlar hər il eyni serialı əvvəldən təkrar izləyir, digərləri isə əzbər bildikləri səhnələri təkrar izləməkdən zövq alırlar.

Bu zaman belə bir sual yaranır - "Niyə köhnə televiziya şoularını təkrar-təkrar izləyirik?". Bildirilir ki, bunun bəzi psixoloji səbəbləri var:
Nostalji hissi
Köhnə teleseriallar izləyiciləri keçmişin xoş xatirələrinə qaytara bilər. Xüsusilə uşaqlıq, tələbəlik illəri və ya həyatın xoşbəxt dövrlərində izlənilən seriallar həmin dövrdən müsbət hisslər oyada bilər.

Etibar və nəzarət
Serialın necə bitəcəyini bilmək sürprizlərdən qaçınmaq deməkdir. Bu, xüsusilə stresli vaxtlarda faydalıdır, çünki qeyri-müəyyənlikdən azad məzmun beynin daha az enerji sərf etməsinə imkan verir.
Rahatlıq zonası
Psixologiya mütəxəssislərinin fikrincə, tanış məzmun güclü stress və narahatlıq dövrlərində bir növ "rahatlıq zonası" yarada bilər. Nə baş verəcəyini bilmək zehnə sakitləşdirici təsir göstərə bilər.
Maarifləndirmə
Yeni serial izləyərkən personajlar, süjet xətti və münasibətlər haqqında məlumat əldə etmək vacibdir. Əvvəllər izlədiyiniz serialda beyin bu yükü daşımaq məcburiyyətində deyil və məzmun daha asan mənimsənilir.
Diqqətdən yayınan detallar

İlk baxışda nəzərdən qaça biləcək dialoqlar, istinadlar və ya personaj inkişafları ikinci və ya üçüncü baxışda daha aydın görünə bilər. Buna görə də, eyni serial hər baxışda fərqli bir təcrübə təqdim edə bilər.

Emosional əlaqə
Uzun müddət davam edən seriallarda izləyicilər personajlarla güclü bağlar qura bilərlər. Sevimli personajları yenidən görmək köhnə dostlarla yenidən birləşmək hissi yarada bilər.
Gülayə Mecid
























.jpg)


.jpg)
.jpg)

























