Vətən müharibəsi iştirakçısı Coşğun Çingiz oğlu Təhməzov uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

"Unikal" xəbər verir ki, Cəlilabad rayonunun Məhəmməd Hadi küçəsində yaşayan Coşğun Təhməzov bu gün dəfn edilib.

Coşğun Təhməzov ailədə iki qardaş olub. Onun kiçik qardaşı hazırda hərbi xidmətini davam etdirir.