Banqkokdan Qazaxıstana gedən təyyarə Almatı hava limanına endikdən sonra içərisində kannabis ekstraktı olan iki çamadan tapılıb.
"Unikal" xəbər verir ki, bu barədə ölkənin Baş Nəqliyyat Prokurorluğu məlumat yayıb.
Məlumata görə, yükü 22 yaşlı xanım Qazaxıstan vətəndaşı daşıyıb.
Cinayət işinə Almatı İxtisaslaşdırılmış Rayonlararası Cinayət Məhkəməsi baxıb. Məhkəmə qızı külli miqdarda narkotik qaçaqmalçılığında və qanunsuz dövriyyəsində təqsirli bilib və 16 il müddətinə azadlıqdan məhrum edib.
Prokurorluğun məlumatına görə, qız pul mükafatı müqabilində Taylanddan Qazaxıstana kannabis ekstraktı olan iki çamadan çatdırmağa razılaşıb. Qadağan olunmuş maddənin ümumi çəkisi 8,8 kiloqram olub.
Ağarza Elçinoğlu
















.jpeg)


.jpg)

























.png)




