Xəbər verdiyimiz kimi, Ankarada təlim helikopteri qəzaya uğrayıb.
"Unikal" xəbər verir ki, qəzada xəsarət alan iki nəfərdən biri - pilot, təqaüdçü polkovnik Yasaözden Bakkal həyatını itirib.
Qəza ilə bağlı istintaq başlanıb və işə iki dövlət prokuroru təyin edilib.
***11:57
Ankaranın Temelli rayonunda təlim helikopteri qəzaya uğrayıb.
"Unikal" xəbər verir ki, R44 tipli helikopterin qəzaya uğraması nəticəsində iki nəfər yaralanıb.
Əraziyə çoxsaylı xilasetmə qrupları göndərilib.
Helikopter hələlik məlum olmayan səbəblərdən tarlaya düşüb.
Qəza ilə bağlı araşdırma başlanılıb.
Ağarza Elçinoğlu


















.png)































