Bu gündən etibarən direktorların işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə başlanıb.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən "Unikal"a bildirilib ki, müsahibə mərhələsində iyunun 29-dan iyulun 8-dək keçirilmiş ərizə qəbulu prosesində iştirak edən namizədlər iştirak edəcəklər.
Müsahibələr ilkin olaraq şagird sayı 500-dək olan ümumi təhsil müəssisələri üzrə şəhər və regional təhsil idarələri tərəfindən təşkil olunacaq.
Qeyd edilib ki, namizədlərin müsahibəyə dəvəti müsabiqə qaydalarına uyğun olaraq ardıcıllıq əsasında, vakant vəzifə üzrə uyğun namizəd müəyyən edilənədək həyata keçiriləcək.
Namizədlər liderlik və strateji idarəetmə, pedaqoji və tədris, idarəçilik və təşkilatçılıq, ünsiyyət və əlaqə, problemlərin həlli və qərarvermə, rəqəmsal və texnoloji, sosial və emosional bacarıqlar olmaqla 7 meyar üzrə qiymətləndiriləcəklər.
Müsahibə mərhələsinə dəvətlə bağlı məlumatlar mərhələli şəkildə namizədlərin şəxsi səhifələrinə göndərilir. Namizədlərə şəxsi kabinetlərini mütəmadi izləmələri tövsiyə olunur.



























.jpg)


.jpg)






















