Türkiyənin Əskişəhər şəhərində təyyarə mühərrikləri və hərbi məhsullar istehsal edən "TUSAS Motor Sanayii A.S" şirkətində böyük yanğın baş verib.

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, yanğın istehsal müəssisələrindən birində baş verən partlayışdan sonra başlayıb. 

Hadisədən sonra zavodun bütün işçiləri təcili olaraq təxliyə edilib. Yanğını söndürmək üçün Türkiyə Hərbi Hava Qüvvələrinin ixtisaslaşmış bölmələri cəlb edilib.

Yanğının səbəbi və ya mümkün itkilər barədə hələlik rəsmi məlumat yoxdur.

Gülayə Mecid