ABŞ-yə məxsus kəşfiyyat təyyarəsi təxminən altı saat Qara dənizdə patrul xidməti həyata keçirib.

"Unikal" xəbər verir ki, sözügedən təyyarənin Rumıniyanın Mixail Koqalniçeanu hava bazasından havaya qalxan Bombardier Challenger 650 ARTEMIS II olduğu bildirilir.

"Gürcüstan sahillərindən təxminən 140 kilometr aralıda təyyarə geri döndü, əks istiqamətə yönəldi, Rumıniya sahillərindən təxminən 150 kilometr aralıda bir nöqtəyə uçdu, yenidən geri döndü və eyni trayektoriya üzrə uçuşa davam etdi", - deyə məlumatda qeyd olunub. 

Ağarza Elçinoğlu