Bakı Beynəlxalq Avtovağzal Kompleksində 22 İyul – Milli Mətbuat və Jurnalistika Günü qeyd edilib. 

"Unikal" xəbər verir ki, görüşü giriş sözü ilə açan Bakı Beynəlxalq Avtovağzal Kompleksinin (BBAK) Baş direktoru Qəhrəman Qələndərov milli mətbuatımızın 1875-ci ildən bu günədək keçdiyi şərəfli yoldan bəhs edib, obyektiv və qərəzsiz informasiya təminatında jurnalistlərin rolunu yüksək qiymətləndirib.

Qurum rəhbəri ölkədə söz, fikir və məlumat azadlığının yüksək səviyyədə təmin olunduğunu, kütləvi informasiya vasitələrinə dövlət tərəfindən mütəmadi olaraq maddi və mənəvi dəstək göstərildiyini xüsusi vurğulayıb.

Tədbir çərçivəsində rəhbərlik BBAK-ın son dövrdəki fəaliyyəti, həyata keçirilən yeniliklər və sərnişindaşıma sahəsində icra olunan layihələr barədə media nümayəndələrinə ətraflı məlumat verib, onların suallarını cavablandırıb.

Öz növbəsində jurnalistlər göstərilən diqqət və ehtirama görə təşəkkürlərini bildirərək, qurumla media arasında formalaşmış açıq və şəffaf kommunikasiya mühitini məmnunluqla qeyd ediblər.

Tədbirin sonunda mətbuat nümayəndələri peşə bayramı münasibətilə təbrik olunub, onlara xatirə hədiyyələri təqdim edilib.