22 iyul – Milli Mətbuat Günü münasibətilə Qaradağ Rayon İcra Hakimiyyətində tədbir keçirilib.
"Unikal" xəbər verir ki, tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən başçının birinci müavini Emil Abbasov, Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədri İlqar İlyasov, Rayon İcra Hakimiyyəti aparatının məsul əməkdaşları, qəzetlərin, informasiya agentliklərinin, televiziya kanallarının və digər onlayn media resurslarının nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən başçının birinci müavini Emil Abbasov milli mətbuatımızın yaranmasının 151 illiyi münasibətilə media nümayəndələrini səmimi-qəlbdən təbrik etmiş, Azərbaycan mətbuatının keçdiyi şərəfli inkişaf yolundan bəhs etmişdir. Bildirilmişdir ki, 151 illik tarixə malik Azərbaycan milli mətbuatı zəngin ənənələrə söykənir və bu ənənələrin əsası 1875-ci ildə Həsən bəy Zərdabi tərəfindən nəşr olunan “Əkinçi” qəzeti ilə qoyulub.
Çıxış zamanı vurğulanmışdır ki, dövrün görkəmli ziyalıları və qələm sahibləri xalqın maariflənməsində, milli şüurun formalaşmasında mühüm rol oynamış, sözün gücü ilə cəmiyyətin inkişafına əhəmiyyətli töhfələr vermişlər. Bu zəngin ənənə bu gün də Azərbaycan mətbuatında uğurla yaşadılır.
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədri İlqar İlyasov qeyd etmişdir ki, Ümummilli Lider Heydər Əliyev demokratik cəmiyyətin formalaşmasında mətbuatın roluna xüsusi önəm vermiş, senzuranın ləğvi və kütləvi informasiya vasitələrinin azad, müstəqil fəaliyyət göstərməsi üçün mühüm islahatlar həyata keçirmişdir. Ulu Öndərin müəyyən etdiyi bu siyasi kursun Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyi diqqətə çatdırılıb.
Bildirilib ki, hazırda ölkədə media sahəsinin inkişafı, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi və jurnalistlərin sosial rifahının yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Dövlət başçısının müvafiq sərəncamları ilə media nümayəndələri üçün yaşayış binalarının inşa edilərək istifadəyə verilməsi dövlətin bu sahəyə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.
Tədbirin sonunda Qaradağ Rayon İcra Hakimiyyəti adından kütləvi informasiya vasitələrinin nümayəndələrinə xatirə hədiyyələri və plaketlər təqdim olunub.





















.jpeg)


.jpg)

























.png)
