Çeçenistan prezidenti Ramzan Kadırovun oğlu Adam Kadırovun şəxsi batalyonu var.
"Unikal" xəbər verir ki, demək olar ki, daimi olaraq Qroznıda yerləşən Rusiya Milli Qvardiyasının elit Baysanqur Benoyevski Batalyonu faktiki olaraq Adam Kadırovun şəxsi qvardiyasına çevrilib.
On səkkiz yaşlı Adam rəsmi olaraq batalyon kuratoru təyin edilib. O, mütəmadi olaraq bölmənin yerləşdiyi yerə baş çəkir və bölmənin bütün nəqliyyat vasitələri üzərində onun şəxsi çağırış nişanı olan "DUSTUM 95" olan nömrə nişanları ilə təchiz olunub.








































.jpeg)


.jpg)









