İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) ABŞ Prezidenti Donald Trampın İranın infrastrukturuna mümkün hücumlarla bağlı təhdidlərinə cavab olaraq xəbərdarlıq edib ki, ölkənin körpülərinə və ya elektrik stansiyalarına zərbə endiriləcəyi təqdirdə, ABŞ-ın bölgədəki müttəfiqlərinin elektrik enerjisi təchizatı kəsiləcək.

"Unikal" xəbər verir ki, bu barədə İran İnqilab Keşikçiləri Korpusunun Hərbi Hava və Kosmik Qüvvələrinin komandanı briqada generalı Məcid Musəvi bəyanatında bildirib.

"Körpülərimizə və ya elektrik stansiyalarımıza hücum edilərsə, ABŞ-ın bölgədəki müttəfiqlərinin elektrik enerjisi kəsiləcək", – deyə o vurğulayıb.