Ermənistanın Baş naziri Nikol Paşinyan Almaniya kansleri Fridrix Mertslə telefon danışığı aparıb.

"Unikal" xəbər verir ki, tərəflər aktual regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Söhbət zamanı Ermənistan və Azərbaycan arasında bərqərar olmuş sülhə toxunulub. Hər iki tərəf regionda sabit və davamlı sülhün vacibliyini vurğulayıb.

Paşinyan və Merts, həmçinin, Ermənistan və Almaniya arasında ikitərəfli əməkdaşlığın ardıcıl inkişaf perspektivlərini, eləcə də Ermənistan-Avropa İttifaqı tərəfdaşlığının daha da dərinləşdirilməsini müzakirə ediblər.