"Zirə" UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Estoniyanın "Payde" komandası ilə üz-üzə gələcək.

"Unikal"ın məlumatına görə, qarşılaşma bu gün, Bakı vaxtı ilə saat 20:00-da Pyarnu şəhərindəki "Rannastaadion"da start götürəcək.

Komandalar arasındakı ilk görüşü moldovalı referi Roman Jitari idarə edəcək.

Qeyd edək ki, cavab qarşılaşması iyulun 30-da baş tutacaq.