Tanınmış meksikalı bloqçu və model Adriana Qarsiya kosmetik prosedur zamanı vəfat edib. 

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, hadisə Meksikanın Kuliakan şəhərində baş verib. İlkin məlumatlara görə, 30 yaşlı qadında plastik əməliyyat keçirərkən ölümcül nəticələnən ağır fəsadlar yaranıb.

Onun rəsmi ölüm səbəbi hələ açıqlanmayıb. Yerli Səhiyyə Nazirliyi və hüquq-mühafizə orqanları araşdırma aparır. Bildirilib ki, Adriana Qarsiyanın 6 yaşlı qızı anasız qalıb.

Qeyd edək ki, Adriana Qarsiyanın "TikTok" və "Instagram"da böyük izləyici kütləsi var. Gözəllik bloqundan əlavə, o, məhdud sayda idman ayaqqabıları, papaqlar və lüks saatlar üzrə ixtisaslaşmış Drop Shop brendi ilə sıx əməkdaşlıq edib.