Azərbaycanın UEFA reytinqində mövqeyi dəyişməyib.
"Unikal" xəbər verir ki, buna "Neftçi"nin ötən gün Bakıda keçirilən UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda Belarusun "Dinamo" (Minsk) komandasına uduzması səbəb olub.
Azərbaycan 20,312 əmsalla hazırda 26-cı pillədə qərarlaşıb. 25-ci yerdəki İsrailin 20,750 əmsalı var.
Xatırladaq ki, UEFA reytinqində İngiltərə (101,852) liderdir.








.jpg)

.jpg)
.jpg)


































