Argentina təmsilçisi "Tiqre"nin azarkeşlərini aparan avtobus Cənubi Amerika Kubokunda Uruqvay "Nasional"ı ilə keçirilən səfər oyunundan sonra atəşə tutulub.

"Unikal" xəbər verir ki, bu barədə "TyC Sports" məlumat yayıb.

1/16 final mərhələsinin Montevideoda keçirilən ilk oyununda "Tiqre" 3:0 hesablı qələbə qazanıb. Komandanın azarkeşlərini daşıyan avtobus gecə saatlarında şəhəri tərk edərkən bir neçə dəfə atəşə məruz qalıb.

Məlumata görə, hadisə nəticəsində bir azarkeş hər iki qolundan güllə yarası alıb. Yaralı xəstəxanaya çatdırılıb. Müalicəsi başa çatdıqdan sonra isə klub onun Buenos-Ayresə aparılmasını təşkil edib.