İngiltərənin "Aston Villa" klubu "Çelsi"nin hücumçusu Alexandro Qarnaçonun transferini rəsmən açıqlayıb.

"Unikal" xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Argentina millisinin 22 yaşlı üzvü 2026/2027 mövsümünün sonunadək icarəyə götürüb.

Qeyd edək ki, Alexandro Qarnaço 2025/2026 mövsümündə "Çelsi"nin heyətində keçirdiyi 43 oyunda 8 qol vurub və 4 məhsuldar ötürmə edib.