Cəlilabad rayonunda abadlıq işləri aparılarkən qədim dövrə aid maddi-mədəniyyət nümunələri aşkarlanıb.

"Unikal" xəbər verir ki, hadisə rayon ərazisində, "Narbağı" adlanan sahədə park salınması zamanı qeydə alınıb.

Belə ki, ərazidə aparılan qazıntılar zamanı qədim dövrə aid dörd ədəd təsərrüfat küpü və digər maddi-mədəniyyət nümunələri üzə çıxıb.

Tapıntılarla bağlı Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloqu Vəfa Mahmudovaya məlumat verilib. Məlumat əsasında institutun nümayəndəsi əraziyə ezam olunub və burada tədqiqat işlərinə başlanılıb.

Aşkarlanan maddi-mədəniyyət nümunələrinin Azərbaycan tarixinin qədim dövrləri ilə bağlı yeni və əhəmiyyətli məlumatlar ortaya çıxara biləcəyi ehtimal olunur.