Çin Xalq Respublikasının Sədri Si Cinpin sentyabrın 24-də ABŞ-yə səfər edəcək.

"Unikal" xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.

ABŞ Ətraf Mühitin Mühafizəsi Agentliyində çıxış edən Tramp deyib: “Prezident Si Cinpin sentyabrın 24-də gəlir. Mən Pekində olanda süni intellekt haqqında danışmışdıq və bu barədə yenidən danışacağıq”.

Tramp səfər zamanı tərəflər arasında süni intellekt sahəsində əməkdaşlıq və digər ikitərəfli məsələlərin müzakirə olunacağını qeyd edib.