"Bu il ilk dəfə olaraq rəqəmsal həllərin köməyi ilə qanunvericiliklə müəyyən edilmiş hesabatların təqdim edilməsi 100-dən çox indikator üzrə qiymətləndirilib".
"Unikal" xəbər verir ki, bunu Azərbaycan Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Trend Beynəlxalq İnformasiya Agentliyinə və İctimai Televiziyaya birgə müsahibəsində deyib.
O qeyd edib ki, aparılan qiymətləndirmələr əsasında 70-ə yaxın quruma uyğunsuzluqlar və kənarlaşmalar barədə arayış təqdim olunub
Vüqar Gülməmmədov bildirib ki, başa çatmış nəzarət tədbirləri nəticəsində 160 milyon manatdan artıq maliyyə pozuntusu müəyyən edilib.
Onun sözlərinə görə, bu məbləğin 49,8 milyon manatı dövlət büdcəsinə dəymiş ziyanı təşkil edir.
“Təqribən başa çatmış nəzarət tədbirlərində 160 milyondan çox maliyyə pozuntusu müəyyən etmişik. Onun 49,8 milyon manatı büdcəyə dəymiş ziyandır. 35 milyon manatla bağlı aidiyyəti qurumlara ziyanın bərpası ilə bağlı qərarlar göndərmişik. Təqribən 14 milyon manatla bağlı isə hüquq-mühafizə orqanlarına materiallar təqdim etmişik.
20,5 milyon manat maliyyə təhrifləri ilə bağlıdır, təxminən 30 milyon manata yaxın pozuntular isə səmərəlilik auditini əhatə edir”.



















.jpg)


























.jpg)

.jpg)
.jpg)






