Xalq artisti Zülfiyyə Xanbabayeva “Sea Breeze”də “DREAM FEST - 2026” çərçivəsində qırmızı xalçadan keçib.
"Unikal" xəbər verir ki, müğənni bildirib ki, festivalın hər buraxılışı əvvəlkindən fərqlənir və bu, tamaşaçılar üçün xüsusi ab-hava yaradır.
“Bu festivalda da yeniliklər var. Amma gələcək əməkdaşlıqlar və layihələr barədə indidən danışmaq istəmirəm. Onu zaman göstərəcək. Vaxtı çatanda hər şey bəlli olacaq”, – deyə Xalq artisti vurğulayıb.
Zülfiyyə Xanbabayeva qeyd edib ki, hazırda bütün diqqətini səhnə çıxışına yönəldib.
“Bu gün bütün fikrim yalnız səhnədədir. İnşallah, çıxışım uğurlu keçər”, – deyə o bildirib.
Xalq artisti sonda festival təşkilatçılarına və tamaşaçılara təşəkkürünü ifadə edib.


















.jpg)


























.jpg)

.jpg)
.jpg)







