Cəbrayıl rayonunun baş verən partlayış nəticəsində xəsarət alan 1979-cu il təvəllüdlü şəxs (kişi) 23.07.2026-cı il tarixində saat 21:30 radələrində Füzuli Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

"Unikal" xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

Ona sağ said sümüyünün orta 1/3 hissəsinin yerdəyişən sınığı, inci və qamış sümüklərinin yerdəyişən qəlpəli açıq sınığı diaqnozu təyin edilib.

Hazırda pasiyentin müalicəsi müvafiq şöbədə davam etdirilir və vəziyyəti ağır qiymətləndirilir.

*** 21:08

İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Həsənli kəndi ərazisində mina partlayışı hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri birgə məlumat yayəb.

Qeyd olunub ki, 1979-cu il təvəllüdlü rayonun Qumlaq kənd sakini Şəmilov Elşən Bəhlul oğlu minalardan təmizlənməmiş ərazidə traktorla yer şumlayarkən mina partlayışı nəticəsində xəsarət alıb.

Faktla bağlı Cəbrayıl Rayon Prokurorluğunda araşdırma aparılır.

Hər üç qurum bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, şübhəli əşyalara toxunmamağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırır.