Aralarında Qreta Tunberqin də olduğu Fələstin tərəfdarı fəalların da olduğu humanitar yardım gəmisi fırtına səbəbindən İspaniya limanına qayıdıb.
"Unikal" xəbər verir ki, bu barədə “Global Sumud Flotilla” təşkilatı “Instagram” səhifəsində məlumat yayıb.
Aralıq dənizində üzərkən gəmi güclü fırtına ilə qarşılaşıb: küləyin sürəti təxminən 55 km/saat olub.
"Biz gedişi təxirə salmalı olduq. Bu qərar ilk növbədə iştirakçıların təhlükəsizliyi və missiyanın uğurla başa çatması üçün qəbul edilib", - təşkilatçılar qeyd ediblər. Növbəti üzmə cəhdinin konkret tarixi hələ açıqlanmayıb.
Donanma avqustun 31-də İspaniyadan Qəzzaya getməli idi. Təşkilatçıların fikrincə, bu, bütün əvvəlki missiyaların ən böyük missiyasıdır: 44 ölkədən fəallar, həkimlər və jurnalistlər onlarla gəmidə münaqişə zonasına gediblər. Gəlişin yeddi-səkkiz gün çəkməsi planlaşdırılırdı.
İsrail Qreta Tunberqin Qəzzaya gələcəyi təqdirdə həbs olunacağı ilə bağlı xəbərdarlıq yaymışdı.