Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər komitəsi sədrinin birinci müavini Aleksey Çepa Rusiya ilə Azərbaycan arasında münasibətlərin sonda dostluq məcrasına qayıdacağına əminliyini ifadə edib.
"Unikal" xəbər verir ki, onun sözlərinə görə, mövcud çətinliklərə baxmayaraq, iki ölkə arasında əməkdaşlıq xüsusilə iqtisadi sahədə qarşıdurmadan qat-qat faydalıdır.
"Dostluq münasibətlərinin və iqtisadi maraqların inkişaf perspektivləri çox böyükdür. Münasibətlərdə istiləşmə qaçılmazdır - bu, sadəcə zaman məsələsidir. Vəziyyət çətindir, lakin tədricən bütün məsələlər həll olunacaq", - Çepa "Pravda"ya müsahibəsində deyib.