"Flightradar" internet xidməti sosial mediada göyərtəsində Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayeni daşıyan təyyarənin GPS sisteminin nasazlığı ilə bağlı məlumatı təkzib edib.
"Unikal" xəbər verir ki, xidmətin məlumatına görə, uçuşun başına gələn yeganə hadisə təyyarənin planlaşdırılan vaxtdan 9 dəqiqə gec enməsi olub. Qrafikə əsasən, uçuş 1 saat 48 dəqiqə çəkməli idi, lakin 1 saat 57 dəqiqə davam edib.
Daha əvvəl “Financial Times” qəzeti mənbələrə istinadən yazıb ki, göyərtəsində AK rəhbərinin olduğu təyyarə GPS sistemi olmadan Bolqarıstanın Plovdiv hava limanına enməyə məcbur olub. Rusiya bu hadisəyə görə günahlandırılıb və bunu naviqasiya sistemlərini sıradan çıxaran "Rus müdaxilə hücumu" adlandırıblar. Nəşrin məlumatına görə, nəticədə pilotlar kağız xəritələrdən istifadə edərək təyyarəni endirməli olublar.