ABŞ və İran rəsmilərinin növbəti görüşünün iyulun 11-də Pakistanda təşkil olunacağı bildirilir.

"Unikal" xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.

Qeyd edilir ki, Vaşinqton və Tehran arasında aparılan bu təmaslar iki ölkə arasındakı gərginliyin azaldılması və mövcud fikir ayrılıqlarının müzakirə yolu ilə həllinə xidmət edir.