Müdafiə Nazirliyi (MN) hərbi qulluqçuların hərbi təhlükəsizliyinin qorunması ilə bağlı vətəndaşlara çağırış edib.
"Unikal" xəbər verir ki, bununla bağlı nazirliyin rəsmi sosial şəbəkə hesabında məlumat paylaşılıb.
Videoçarxda bildirilib ki, hərbi intizamın qorunması, təhlükəsizliyin təmin olunması və şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin sabit saxlanılması ümumi vətəndaş məsuliyyəti hesab olunur.
Nazirlik qeyd edib ki, diqqət yetirilməli əsas məsələlərdən biri bəzi hərbi hissələrdə baş verən hadisələrin ailə üzvləri ilə telefon danışığı zamanı müzakirə edilməsidir. Bildirilib ki, aparılan son araşdırmalara əsasən, bu halların hərbi qulluqçulara ötürülən neqativ məlumatlarla əlaqəli olduğu müəyyən edilib.
MN vətəndaşları hərbi qulluqçularla ünsiyyət zamanı məsuliyyətli davranmağa və onların mənəvi-psixoloji vəziyyətinə mənfi təsir göstərə biləcək məlumatların ötürülməsindən çəkinməyə çağırıb.






















.jpg)











.jpg)





.jpg)



.jpg)




.jpg)



.jpg)
