Malinin şimal və mərkəzi hissələrində yerləşən bir neçə hərbi mövqe silahlı hücumlara məruz qalıb.
"Unikal" yerli KİV-ə istinadən xəbər verir ki, “Əzvad Azadlıq Cəbhəsi” Kidal bölgəsində yerləşən Anfif qəsəbəsinə, “İslama və müsəlmanlara yardım camaatı” adlandırılan silahlı qruplaşma isə Qao şəhərinə hücum təşkil edib.
Mali ordusunun yaydığı açıqlamada bildirilib ki, şənbə günü səhər saatlarında Acelhok, Anfif, Qao və Sevare şəhərlərindəki hərbi obyektlər hədəfə alınıb. Rəsmi məlumatda hücumları həyata keçirən qruplaşmaların adı açıqlanmayıb.
Məlumata görə, “Əzvad Azadlıq Cəbhəsi”nin silahlıları Kidal şəhərindən təxminən 100 kilometr aralıda yerləşən Anfif qəsəbəsinə daxil olublar. Hazırda qəsəbədə silahlı toqquşmaların davam etdiyi bildirilir.




.jpg)













.png)





.png)




















.jpg)





