Misir millisinin müdafiəçisi Məhəmməd Hani futbol üzrə dünya çempionatları tarixində ən çox avtoqol vuran futbolçu kimi qeydə alınıb.
"Unikal" xəbər verir ki, futbolçu turnirin 1/32 final mərhələsində Avstraliya yığmasına qarşı keçirilən oyunun ikinci hissəsində öz qapısına qol vurub.
Məlumata əsasən, Hani həmin dünya çempionatında qrup mərhələsində Belçika ilə 1:1 hesablı oyunda da avtoqol müəllifi olub. Bu göstərici ilə o, dünya çempionatları tarixində bir turnirdə iki avtoqol vuran ilk futbolçu olub.
Qeyd olunur ki, əvvəllər dünya çempionatlarının final mərhələlərində heç bir futbolçu bir turnirdə birdən çox avtoqol vurmayıb.
Otuz yaşlı Məhəmməd Hani karyerası boyunca Misirin “Əl-Əhli” klubunda çıxış edib. O, Misir millisinin heyətində 46-cı oyununa çıxıb.












.png)





.png)




















.jpg)











