Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampı ABŞ-nin müstəqilliyinin 250 illiyi münasibətilə təbrik məktubu göndərib.

"Unikal" xəbər verir ki, məktubda deyilir:

“Bu gün Rusiya və ABŞ dünyanın iki ən böyük nüvə dövləti kimi qlobal təhlükəsizliyin və sabitliyin təmin olunmasına görə xüsusi məsuliyyət daşıyırlar”,-deyə Putin məktubunda qeyd edib.

O, həmçinin tərəflər arasında dialoqun inkişaf etdirilməsinin təkcə hər iki ölkənin deyil, bütün beynəlxalq ictimaiyyətin maraqlarına cavab verdiyinə əminliyini ifadə edib.