Türkiyənin Denizli, Karabük və Aydın vilayətlərində meşə yanğınları ilə mübarizə aparılır.
"Unikal" xəbər verir ki, Aydın vilayətinin Buharkent rayonu ərazisində başlayan və Denizlinin Buldan rayonuna qədər yayılan meşə yanğınını söndürmək üçün 400-ə yaxın yanğınsöndürmə maşını, 159 ilkin müdaxilə avtomobili, təxminən digər 50 texnika və 3 min 500 nəfərdən artıq canlı qüvvə, eləcə də təyyarə və helikopterlər cəlb edilib.
Bəzi bölgələrdən sakinlər təxliyə olunublar.