"Nyukasl"ın 25 yaşlı isveçli hücumçusu Aleksandr İsak karyerasını "Liverpul"da davam etdirəcək.

"Unikal" xəbər verir ki, bu barədə İsak özü bildirib.

"Bu fantastik hissdir. Mən çox uzun müddətdir burada olmaq üçün çalışıram. İndi də bu komandada, bu klubda olduğum üçün çox şadam", - futbolçu "Qırmızılar"ın oyunçusu kimi ilk müsahibəsində deyib.

Onunl müqavilənin 2031-ci ilə qədər imzalandığı bildirilir. Transfer məbləği İngiltərə Premyer Liqası üçün rekorda çevrilib və 130 milyon funt-sterlinq (150 milyon avro) təşkil edib. Maraqlıdır ki, bundan əvvəlki nailiyyət də “Liverpul”a məxsus idi: iyunda klub “Bayer”dən 22 yaşlı yarımmüdafiəçi FlorianVirtsi 125 milyon avro ödəyərək alıb.

Alexander Isak 2022-ci ildən "Nyukasl"da çıxış edir. O, komandanın heyətində bütün yarışlarda 109 oyun keçirib, 62 qol vurub və 11 məhsuldar ötürmə edib.

 

Qeyd edək ki, bu, futbol tarixində Neymar və Mbappedən sonra üçüncü ən bahalı transferdir.