Ermənistanın baş naziri Nikol Paşinyanın qərarı ilə Anna Hakobyan Qlobal Birinci Xanımlar Akademiyasının dördüncü illik tədbirində iştirak etmək üçün Amerika Birləşmiş Ştatlarına göndəriləcək.
"Unikal" Ermənistan mətbuatına istinadən xəbər verir ki, Paşinyan qərarında Anna Hakobyanın ABŞ-yə Baş nazirin həyat yoldaşı kimi göndərildiyini qeyd edib.
Qərar 11 iyunda imzalanıb. İşgüzar səfər 26 iyun - 4 iyul 2026-cı il tarixləri daxil olmaqla planlaşdırılıb. Birinci xanımların tədbiri Nyu-Yorkda keçiriləcək.
Baş nazir heyətə müəyyən edilmiş qaydada işgüzar səfərlə bağlı faktiki xərclərin, o cümlədən gündəlik xərclərin, 29 iyun - 3 iyul tarixləri daxil olmaqla gecələmə xərclərinin və 4 iyulda tranzit məntəqəsində (Vyana) gecələmə xərclərinin ödənilməsini təmin etməyi tapşırıb. Bu məqsədlə ayrılması planlaşdırılan vəsaitin məbləği hələlik açıqlanmayıb.
Xatırladaq ki, 17 fevral 2026-cı ildə Baş nazirin həyat yoldaşı Anna Hakobyan özünün və Baş nazir Nikol Paşinyanın vətəndaş nikahının başa çatdığını elan etmişdi.
İnsanlar Baş nazirin və həyat yoldaşının nikahlarını qanuniləşdirdiyini düşünürdülər və onları təbrik edirdilər. Lakin bir neçə gün sonra, 27 fevralda Anna Hakobyan yenidən "Facebook" səhifəsində Baş nazir Nikol Paşinyanla münasibətlərinin bitdiyini elan edən video yayımladı. Anna hökumət malikanəsini tərk edərək kirayə mənzilə köçdüyünü bildirmişdi.
Ağarza Elçinoğlu

















































.png)





