Futbol üzrə dünya çempionatında günün ilk oyunu keçirilib.
"Unikal" xəbər verir ki, turnirin beşinci günündə İspaniya Kabo-Verde ilə qarşılaşıb.
Görüş 0:0 hesablı heç-heçə ilə yekunlaşıb.
Bu, Kabo-Verdenin dünya çempionatları tarixində debüt matçı olub.
Bu gün, həmçinin Belçika seçməsi Misirlə münasibətlərinə aydınlıq gətirəcək.
Gecə saatlarında isə Səudiyyə Ərəbistanı və Uruqvay komandaları qarşılaşacaq. Oyun gününün son matçında İran millisi Yeni Zelandiya yığmasını sınağa çəkəcək.
*** 20:10
H qrupunun ilk turu çərçivəsində İspaniya - Kabo-Verde matçı Bakı vaxtı ilə saat 20:00-da start götürüb.
"Unikal" xəbər verir ki, Atlantadakı "Mercedes-Benz" stadionunda keçirilən bu qarşılaşmanı iordaniyalı baş hakim Adham Mahadmeh idarə edir.





















.jpg)

































