20-ə yaxın işçinin aylardır əməkhaqları verilmir.

"Unikal" xəbər verir ki, bu iddia ilə "Xəzər Xəbər"in qaynar xəttinə bir qrup şəxs müraciət edib. Onların sözlərinə görə "AN Production" şirkətində müxtəlif vəzifədə çalışan şəxslərin maaşları şirkət tərəfindən ödənilmir.

Şikayətçilərin sözlərinə görə, şirkət rəhbərliyi tərəfindən əmək haqlarının ödənişi ilə bağlı müxtəlif vədlər verilsə də, lakin heç bir ödəniş edilməyib. Onlar hətta müvafiq qurumlara da şikayət ünvanlayıblar.

Sözügedən şirkətin rəsmisi Azər Rüstəmovla əlaqə saxlamağa çalışdıq. O zənglərimizə cavab verməsə də, sonradan SMS yazaraq kim olduğumuzla maraqlandı.