ABŞ, Kanada və Meksikada təşkil olunan futbol üzrə dünya çempionatında daha bir oyun keçirilib.
"Unikal" xəbər verir ki, E qrupunda Ekvador seçməsi ilə qarşılaşan Fildişi Sahili 1:0 hesablı qələbə qazanıb.
Qarşılaşmanın birinci hissəsində qapılara qol vurulmayıb. Aftika təmsilçisi qələbə qolunu 90-cu dəqiqədə vurub.
Hücumçu Amad Diallo diqqət mərəzinə düşməyi bacarıb.
Fildişi Sahili seçməsi II turda, iyunun 20-də Almaniya millisi, III turda isə Kurasao yığması (25 iyunda) ilə qarşılaşacaq. Ekvador millisi isə Kurasao (21 iyun), III turda Almaniya seçməsi (25 iyun) ilə üz-üzə gələcək.
Qeyd edək ki, qrupun ilk matçında Almaniya Kurasao yığmaları üz-üzə gəlib. Qarşılaşma Avropa təmsilçisinin 7:1 hesablı qələbəsi ilə başa çatıb.











.png)










































