Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Avropa Kubokunun seçmə mərhələsində yarımfinal oyununu keçirib.

"Unikal" xəbər verir ki, komanda “Kosovo” ilə qarşılaşıb. Görüş yığmanın 21:5 hesablı qələbəsi ilə yekunlaşıb.

Azərbaycan millisi finalda İrlandiya - Kipr cütünün qalibi ilə üz-üzə gələcək.