"Bəzən ayağa qalxmaq üçün şillə yemək yaxşıdır".
"Unikal" xəbər verir ki, "Fanatik" nəşrinə danışan Türkiyə millisinin kapitanı Hakan Çalhanoğlu komandasının 2026-cı il dünya çempionatının qrup mərhələsində Avstraliya yığmasına 2:0 hesabı ilə məğlub olmasını şərh edərkən bu fikirləri səsləndirib.
"Heç kimin gözləmədiyi nəticə oldu. Rəqib iki uzun ötürmə ilə iki qol vurdu. Biz isə yaratdığımız qol imkanlarından yararlana bilmədik. Onlar yalnız əks-hücum futbolu oynadılar. Lazımsız qollar buraxdıq. Qarşıda hələ iki oyunumuz var, heç nə bitməyib", - deyə "İnter"in yarımmüdafiəçisi bildirib.
Qeyd edək ki, Türkiyə millisi qrup mərhələsinin II turunda iyunun 20-də Paraqvay, III turunda isə iyunun 26-da ABŞ yığması ilə qarşılaşacaq.






















.jpg)


































