"Hikmət Hacıyev quru sərhədinin delimitasiya olunmuş hissəsi vasitəsilə Ermənistana gəlib".
"Unikal" xəbər verir ki, bu haqda Ermənistan Təhlükəsizlik Şurası katibinin ofisi məlumat yayıb.
"Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev və onu müşayiət edən nümayəndə heyəti bütün müvafiq prosedurları yerinə yetirdikdən sonra quru sərhədinin delimitasiya və demarkasiya olunmuş hissəsi vasitəsilə Ermənistana gəliblər. Daha əvvəl xəbər verdiyimiz kimi, səfər zamanı Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüş keçirilib və görüşdə Ermənistan və Azərbaycan arasında sülh gündəliyi ilə bağlı məsələlər müzakirə edilib", - deyə məlumatda qeyd olunur.
















































.jpg)








