Əfqanıstanda zəlzələdə ölənlərin sayı 1411 nəfərə çatıb.
"Unikal" xəbər verir ki, bu barədə Taliban hökumətinin sözçüsü Zabihullah Mücahid məlumat yayıb.
***14:45
Əfqanıstanda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 1124 nəfərə çatıb, ən azı 3251 nəfər yaralanıb.
"Unikal" xəbər verir ki, bu barədə Əfqanıstan Qızıl Aypara Cəmiyyəti məlumat yayıb. Bundan əlavə, zəlzələ nəticəsində 8 mindən çox ev dağılıb.
Xatırladaq ki, avqustun 31-i axşam saatlarında seysmoloqlar Əfqanıstanda 6,0 bal gücündə zəlzələ qeydə alıblar.