Rusiya prezidenti Vladimir Putin Pakistanın baş naziri Şahbaz Şərifi noyabrda Rusiyaya səfərə dəvət edib.
"Unikal" xəbər verir ki, Putin bunu Pekində Pakistanın baş naziri ilə ikitərəfli görüş zamanı deyib.
"Noyabrda Rusiyada ŞƏT çərçivəsində hökumət rəhbərləri səviyyəsində tədbir də planlaşdırılır. Sizi Moskvada görməyə şad olarıq", - Putin ifadə edib.
Şərif isə cavabında "Rusiyaya səfər etməkdən şad olaram", - deyib.