İrəvan məhkəməsi hakimiyyətin ələ keçirilməsinə açıq çağırışlarda şübhəli bilinən arxiyepiskop Mikael Ajapaxyanın həbs müddətini daha bir ay uzadıb.

"Unikal" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

İyunun 27-də Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) əməkdaşları Erməni Apostol Kilsəsinin (AKK) Şirak yeparxiyasının rəhbəri, arxiyepiskop Ajapaxyanı saxlamaq üçün bütün ermənilərin katolikosunun Eçmiədzindəki iqamətgahına gəlsələr də, dindarların və ruhanilərin müqaviməti ilə üzləşiblər.

Daha sonra arxiyepiskop katolikosun iqamətgahını tərk edərək Ermənistan İstintaq Komitəsinin qarşısına çıxacağını vəd edərək İrəvana yollanıb. Ermənistan hakimiyyəti Ajapaxyanı hökumətin devrilməsinə çağırışda ittiham edir, iyerarxın özü isə bu ittihamları uydurma adlandırır.