Gürcüstan Mixail Saakaşvilinin prezidentliyi dövründə verilən mükafatlara yenidən baxa bilər.
"Unikal" xəbər verir ki, bunu parlamentdə Saakaşvili rejiminin fəaliyyəti ilə bağlı Müvəqqəti İstintaq Komissiyasının sədri Tea Tsulukiani deyib.
"İstintaq Komissiyası hesab edir ki, 2004-2013-cü illərdə, xüsusən də insanlara qarşı cinayət törətmiş şəxslərlə bağlı verilən mükafatlara yenidən baxılması üçün digər aidiyyəti qurumların köməkliyi ilə Gürcüstan prezidentinə müraciət etməlidir. Bu şəxslərin siyahısına zorakılıq sisteminə rəhbərlik edən, işgəncə və ya qeyri-insani rəftardan istifadə edən şəxslər daxildir", - Tsuluki bildirib.
Onun sözlərinə görə, komissiyanın rəyində həmin şəxslərin ad və soyadları, həmin müddətdə aldıqları mükafatların siyahısı göstərilir.